Dəmir yumruq » Hadisə » TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınadı
Hadisə / Bugün, 20:47

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınadı

 

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə bəyanat TÜRKPA-nın saytında yayımlanıb.
Ətraflı
Ads by  
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Bildirilib ki, bu cür hərəkətlər qarşılıqlı hörmət prinsipini sarsıdır və regional mühitdə gərginliyi daha da artırmaq riski yaradır.
 
“Etnik nifrətin təzahürü dinc birgəyaşayış və məsuliyyətli ictimai davranış dəyərləri ilə bir araya sığmır.
 
Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda sabitlik və konstruktiv fəaliyyət üçün zəruri elementlər kimi dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, eləcə də regionda sülh, qarşılıqlı hörmət və etimadın inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayırıq”, - deyə bəyanatda qeyd edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.