Dəmir yumruq » Hadisə » Nazir “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
Hadisə / Bugün, 12:35

Nazir “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar

 

 

Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Xəlilov və Kamran Sadıxlı ilə görüşüb. 
 
Demiryumruq.az xəbər verir ki, görüş zamanı qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və dövlət idarəçiliyində insan kapitalının inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Nazir perspektivli kadrların potensialının düzgün istiqamətləndirilməsinin və onların qərarvermə proseslərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, onlara öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyi tövsiyə edib.
 
Görüş çərçivəsində qaliblərin sualları cavablandırılıb, onların fərdi inkişaf planları və karyera hədəfləri müzakirə olunub. Nazir qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və mentorluq proqramının onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib. 
 
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
 
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.