Dəmir yumruq » Hadisə » Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu
Hadisə / Bugün, 08:42

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

 

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin X hesabında paylaşım edilib.
 
Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.
 
Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.