"Bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”-“Nərimanov” mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb”.
Demiryumruq.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün metroda baş verən nasazlıqla bağlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, metroda qatarların hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisidir.
“Yüksəkgərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb, - B.Məmmədov qeyd edib.