Dəmir yumruq » Hadisə » Təhsilin bakalavriat səviyyəsi ilə bağlı - Dəyişiklik
Hadisə / Bugün, 16:09

Təhsilin bakalavriat səviyyəsi ilə bağlı - Dəyişiklik

 

Nazirlər Kabineti ali təhsil ixtisaslarının təsnifatı ilə bağlı qərara dəyişiklik edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
 
Qərara əsasən, Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni bənd əlavə olunub.
 
Dəyişikliyə əsasən, təsnifata 6.46-cı bənd daxil edilib və “Daşınmaz əmlakın idarə olunması” ixtisası əlavə edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.