Dəmir yumruq » Hadisə » Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşdü - Fotolar
Hadisə / Dün, 19:56

Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşdü - Fotolar

 

Elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz rayonuna səfəri çərçivəsində Quba-Xaçmaz regionu üzrə bir qrup təhsil işçisi ilə görüşlər keçirib.
 
Demiryumruq.az xəbər verir ki, görüşlərdə gənc və təhsil nailiyyətləri yüksək olan müəllimlər, həmçinin tərbiyəçi müəllimlər, metodistlər, yüksək monitorinq nəticələri ilə seçilən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.
 
Görüşlər zamanı ölkədə həyata keçirilən təhsil islahatları, müəllim peşəsinin nüfuzunun artırılması, qabaqcıl təcrübələrin paylaşılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Nazir çıxışında müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinin qiymətləndirilməsinin və motivasiyasının artırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.
 
Təhsil işçiləri ilə dialoq şəraitində keçən görüşlərdə iştirakçıların təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
 
Görüşlər çərçivəsində nazir tərəfindən pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.