Dəmir yumruq » Hadisə » Şamaxı şəhərinin baş planının hazırlanmasına start verilib
Hadisə / Bugün, 18:23

Şamaxı şəhərinin baş planının hazırlanmasına start verilib

 

 Şamaxı şəhərinin baş planı hazırlanır.

Demiryumruq.az xəbər verir ki, Baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifariş olunub və “İntegris” MMC, “Oneworks” və “HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret A.Ş” şirkətləri tərəfindən icra olunacaq.
 
Layihə ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində toplantı keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova və layihənin icraçısı olan “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov, Türkiyənin “HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret Anonim Şirkəti”-nin sahibi Hidayət Kandemir, İtaliyanın “Oneworks” şirkətinin idarəedici tərəfdaşı Leonardo Kavalli və digər nümayəndələr iştirak ediblər.
 
Toplantıda layihənin hazırlanması zamanı yerli tarixi memarlıq üslubunun və tarixi abidələrinin qorunması, əhalinin və nəqliyatın rahat hərəkəti, eləcə də layihənin müasir şəhərsalma prinsiplərinə uyğunluğu müzakirə olunub.
Kamil Hüseynov, bölgə müxbiri 
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.