"Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Demiryumruq.az Manset.az-a istinadən xəbər verir ki, hazırda “Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün “Space”də yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı.
***
Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.