yaddaşının möhkəmləndirilməsində Vətən tarixinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Gənc nəslin dünyagörüşünün formalaşmasında, onlarda Vətən təəssübkeşliyinin, siyasi mənlik hisslərinin və azərbaycançılıq ideologiyasının güclənməsində, müstəqil dövlətimizin daha da inkişafında, ona sevgi və məhəbbətin artmasında Ümummilli Lider Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük aktual tərəfləri və elmi-nəzəri əhəmiyyəti var.
Müsabiqədə təqdim olunan 5 mövzu - “Şəddadilər dövləti”, “Qərbi Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan), “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” (XX əsrin əvvəlləri), “Əsrin Müqaviləsi”, regional və beynəlxalq əhəmiyyətli lahiyələrin reallaşdırılması”, “Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması” mövzuları üzrə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən ümumilikdə, 139 nəfər şagirdin referat-yazı işi daxil olmuş, birinci mərhələdə iştirakçılardan 16 nəfər şagirdin yazı işi qənaətbəxş qəbul edilib, yekunda 10 nəfər şagirdin yazı işi rayon mərhələsinin finalına vəsiqə qazanıb.
Konfransın sonunda müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış ediblər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.