Dəmir yumruq » Hadisə » Paytaxtda dələduzluq edən SMM saxlanıldı
Hadisə / Bugün, 09:01

Paytaxtda dələduzluq edən SMM saxlanıldı

 

Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.
 
Demiryumruq.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı E.Məmmədov Nəsimi rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.
 
O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.