Dəmir yumruq » Hadisə » Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
Hadisə / Dün, 16:39

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.
 
Demiryumruq.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.
 
Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.
 
Qeyd edək ki, bir neçə gün əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova tutduğu vəzifədən azad edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.