Dəmir yumruq » Hadisə » Qayınana kürəkəninin dəfnində vəfat etdi - FOTO
Hadisə / Dün, 08:49

Qayınana kürəkəninin dəfnində vəfat etdi - FOTO

 

İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib.

Demiryumruq.az xəbər verir ki, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib.

Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib. ("qafqazinfo")


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.