Dəmir yumruq » Hadisə » Masazırda iki qadın qətlə yetirildi, cinayət işi açıldı
Hadisə / 11-04-2026, 19:10

Masazırda iki qadın qətlə yetirildi, cinayət işi açıldı

 

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
 
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
 
***
 
Abşeron rayonu Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 
Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.