Dəmir yumruq » Hadisə » Azər Məmmədov Laçında vətəndaşları qəbul etdi - Fotolar
Hadisə / 10-04-2026, 17:41

Azər Məmmədov Laçında vətəndaşları qəbul etdi - Fotolar

 

 

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Laçın rayonunda baş tutub.
Ətraflı
 
 Birlik rəhbəri Laçınla yanaşı, digər ətraf rayonlardan da qəbula üz tutan 33 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
 
Sakinlər işə qəbul, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi və təbii qaza tətbiq edilən limitlərlə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.