Dəmir yumruq » Hadisə » Baş prokuror Nizamidə vətəndaşları qəbul etdi - Fotolar
Hadisə / 10-04-2026, 17:15

Baş prokuror Nizamidə vətəndaşları qəbul etdi - Fotolar

  

Aprelin 10-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nizami Rayon Prokurorluğunun inzibati binasında Nizami rayonundan olan vətəndaşları qəbul edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, qəbulda iştirak edən 26 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.