Dəmir yumruq » Hadisə » 34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Hadisə / Bugün, 09:15

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

 

Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.

Demiryumruq.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü R.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaqa təhvil verilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.