Dəmir yumruq » Hadisə » Yağış yağacaq -sabahın havası
Hadisə / Bugün, 16:40

Yağış yağacaq -sabahın havası

 

Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən
verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir.
 
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
 
Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.