Dəmir yumruq » Hadisə » Azərbaycandan Ermənistana növbəti dəfə Rusiya buğdası göndərildi
Hadisə / Bugün, 12:00

Azərbaycandan Ermənistana növbəti dəfə Rusiya buğdası göndərildi

 

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, beş vaqondan ibarət, ümumi çəkisi 350 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 23 min tondan artıq taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.