Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
Demiryumruq.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasının həkimlərinin tibbi yardımlarına baxmayaraq, xəsarət alan 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, Dəliməmmədli şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.