Dəmir yumruq » Hadisə » Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü
Hadisə / Bugün, 07:47

Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü

 

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Demiryumruq.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasının həkimlərinin tibbi yardımlarına baxmayaraq, xəsarət alan 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, Dəliməmmədli şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.