Dəmir yumruq » Hadisə » Moskva-Bakı reysi ilə uçan təyyarə quşla toqquşubmuş
Hadisə / Bugün, 12:59

Moskva-Bakı reysi ilə uçan təyyarə quşla toqquşubmuş

 

Moskva-Bakı reysi ilə uçan "Aeroflot" şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.
 
Demiryumruq.az Teleqraf-a istinadla xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.
 
Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz şəkildə yerə enib.
 
***
 
"Aeroflot" aviaşirkəti SU1854 nömrəli Moskva-Bakı reysinin mühərrik nasazlığı səbəbindən "Şeremetyevo" hava limanına qəza enişi etməsi barədə bəzi Teleqram kanallarında yayılan məlumatları təkzib edib.
 
Aviaşirkətin açıqlamasında bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Əslində, 22 mart tarixində baş tutan uçuş zamanı təyyarə havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub:
 
"Bir neçə resursda yayılan mühərrik nasazlığı barədə məlumatlar yanlışdır. Uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq, SU1854 reysinin göyərtə komandiri təyyarənin quşla toqquşması səbəbindən geri — “Şeremetyevo” hava limanına qayıtmaq qərarı verib".
 
Qeyd olunub ki, təyyarənin enişi hər hansı fövqəladə vəziyyət olmadan, tam ştat rejimində icra edilib. İnsident nəticəsində heç bir texniki ciddi fəsad qeydə alınmayıb və sərnişinlərin təhlükəsizliyi təmin olunub.
 
"Aeroflot"dan verilən məlumata görə, sərnişinlərin vaxt itirməməsi üçün reys qısa müddət ərzində ehtiyat təyyarə ilə yerinə yetiriləcək. Hazırda sərnişinlərin yeni hava gəmisi ilə Bakıya yola salınması üçün hazırlıq işləri görülür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.