Dəmir yumruq » Hadisə » Azərbaycanda narkokuryer TUTULDU - VİDEO
Hadisə / Bugün, 08:28

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

V.Quliyev ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.