Dəmir yumruq » Hadisə » Bu gün İlaxır çərşənbədir
Hadisə / Bugün, 04:30

Bu gün İlaxır çərşənbədir

 

Bu gün Novruzun son çərşənbəsi, torpağın və həyatın oyandığı İlaxır çərşənbədir. 
 
Demiryumruq.az xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsidir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. 
 
Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə bəzi bölgələrdə Novruz bayramı qədər təntənəli keçirilir.
 
İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.