Dəmir yumruq » Hadisə » Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Hadisə / Bugün, 15:56

Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə külək güclənəcək.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Qeyd edilib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Bu da sarı xəbərdarlığa uyğundur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.