Dəmir yumruq » Hadisə » Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
Hadisə / Bugün, 16:25

Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

 

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
 
Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:
 
"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.
 
Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.
 
Allah rəhmət eləsin!".
 
Qeyd edək ki, İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.