Dəmir yumruq » Hadisə » Xəyalə Kərimova saxlanıldı - Nədə ittiham olunur?
Hadisə / Bugün, 09:43

Xəyalə Kərimova saxlanıldı - Nədə ittiham olunur?

 

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Bu barədə Demiryuruq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

O, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.