Dəmir yumruq » Hadisə » Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü
Hadisə / Bugün, 10:48

Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü

 

Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub.
 
Moderator.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
 
Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi adı çəkilən idarəyə məxsus “QAZ-53” markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.