Dəmir yumruq » Hadisə » "Sabah" PSJ-nin qapıçısını transfer edir?
Hadisə / Bugün, 08:18

"Sabah" PSJ-nin qapıçısını transfer edir?

 

PSJ-in gənc qapıçısı Bilal Lorendon karyerasını Azərbaycanda davam etdirə bilər.

Demiryumruq.az xəbər verir ki, onun xidmətində Premyer Liqanın lideri "Sabah" maraqlıdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. "Bayquşlar" perspektivli qapıçı üçün cəlbedici variant sayılır. Bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.

20 yaşlı mərakeş əsilli fransız qolkiperin Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Lakin Fransa nəhəngi onu azad agent kimi komandadan buraxmağa hazırlaşır. Lorendon bu mövsüm əsasən PSJ-nin U-23 komandasında çıxış edib.

O, Mərakeşin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.