Dəmir yumruq » Hadisə » Cinayətdə şübhəli bilinən 68 nəfər saxlanıldı
Hadisə / Bugün, 07:59

Cinayətdə şübhəli bilinən 68 nəfər saxlanıldı

 

Fevralın 28-də və martın 1-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 
 
DİN-in Mətbuat Xidmətindən Demiryumruq.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.