Dəmir yumruq » Hadisə » Hakimlərin Seçki və Qiymətləndirilməsi komitələrinə üzvlər seçildi
Hadisə / Bugün, 16:36

Hakimlərin Seçki və Qiymətləndirilməsi komitələrinə üzvlər seçildi

 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, iclasda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.
 
Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və Forum çərçivəsində keçirilmiş panel müzakirələrin, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər diqqətə çatdırılıb.
 
İclasda həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihəsi müzakirə edilib.
 
İclasda “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.
 
Bundan əlavə, gündəliyə uyğun olaraq, Hakimlərin Seçki Komitəsinə və Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib.
 
Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.