Dəmir yumruq » Hadisə » 40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN
Hadisə / 25-02-2026, 18:03

40 ağacı kəsdiyi üçün saxlanıldı - DİN

 

Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.
 
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.