Dəmir yumruq » Hadisə » Pul tələb edən “telekanal” əməkdaşı saxlanıldı
Hadisə / 25-02-2026, 18:01

Pul tələb edən “telekanal” əməkdaşı saxlanıldı

 

Lənkəranda özünü televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb etməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, araşdırmalarla sözügedən şəxsin müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirdiyi, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb etdiyi məlum olub.
 
Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.