Xəbər lenti
Dəmir yumruq » Hadisə » Yeni İşçi qruplar yaradılıb
Hadisə / 24-02-2026, 10:57

Yeni İşçi qruplar yaradılıb

 

Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə yeni İşçi qruplar formalaşdırılıb.
Demiryumruq.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 
 
Təklif edilən dəyişikliyə əsasən, aşağıdakı parlamentlərarası İşçi qruplarının formalaşdırılması təklif edilib:
 
Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Ramid Namazov;
 
Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu – Eyvaz Qurbanov;
 
Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Gülşən Paşayeva;
 
Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Azər Allahverənov.
 
Qeyd edək ki, həmçinin Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunun sədri dəyişir. Sözügedən işçi qrupun əvvəlki sədri Ramil Həsən idi. Yeni sədr isə Vasif Qafarov olacaq. 
 
Xatırladaq ki, Ramil Həsən TÜRKPA-nın Baş katibi vəzifəsinə seçildiyi üçün, onun deputatlığına xitam verilib.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.