Dəmir yumruq » Hadisə » DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar
Hadisə / Bugün, 14:58

DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar

 

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.
 
Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:
 
1. Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
 
2. Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki
 
3. Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki
 
4. Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi
 
5. İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
6. Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
 
7. İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.