Xəbər lenti
Dəmir yumruq » Hadisə » Almaniyadan Azərbaycana 9 nəfər GƏTİRİLDİ
Hadisə / 20-02-2026, 07:29

Almaniyadan Azərbaycana 9 nəfər GƏTİRİLDİ

 

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Demiryumruq.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.