Dəmir yumruq » Hadisə » Polis əməliyyat keçirdi -Saxlanılan var
Hadisə / 17-02-2026, 10:36

Polis əməliyyat keçirdi -Saxlanılan var

 

Ağsu Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkumluq həyatı yaşamış 29 yaşlı Orxan Niftullayev şübhəli qismində saxlanılaraq istintaqa cəlb olunub.

Baxış zamanı onun üzərindən ümumi çəkisi 9 kiloqrama yaxın olan marixuana və həşiş tipli narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan vətəndaş narkotik maddələri satış məqsədilə əldə etdiyini etiraf edib və onları paytaxt Bakıya aparmağı planlaşdırdığını söyləyib.

Aşkar edilmiş faktla əlaqədar cinayət işi açılıb və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.