Xəbər lenti
Dəmir yumruq » Hadisə » Azərbaycanda 38 yaşlı kişi uşaqlara balta ilə HÜCUM ETDİ
Hadisə / 13-02-2026, 09:50

Azərbaycanda 38 yaşlı kişi uşaqlara balta ilə HÜCUM ETDİ

 

Quba rayonunda yerləşən istirahət parklarının birində uşaqların üzərinə balta ilə hücum çəkən vətəndaş hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Sözügedən insident şəhər ərazisindəki Nizami adına parkda baş verib.

38 yaşlı Davud Mirzəyev (ad və soyad şərti xarakter daşıyır - red.) axşam saatlarında əlindəki balta ilə azyaşlıları təqib edib. Həmin vaxt ərazidə xidmət aparan polis nəfərləri dərhal müdaxilə edərək onu saxlayıb və kəsici aləti müsadirə ediblər. Davud və onun qorxutduğu uşaqlar birlikdə polis bölməsinə aparılıblar, saxlanılan şəxs barəsində iki müvafiq maddə üzrə protokol rəsmiləşdirilib.

Dindirmə zamanı D.Mirzəyev hadisə vaxtı spirtli içkinin təsiri altında olduğunu, bu səbəbdən də etdiyi hərəkətləri və yaşananları xatırlamadığını bildirib.

Quba Rayon Məhkəməsi onun əməlində cinayət tərkibinin mövcudluğunu nəzərə alaraq, işin dərindən araşdırılması üçün Quba Rayon Prokurorluğuna və rayon Polis Şöbəsinə yönləndirilməsinə qərar verib./Lent.az

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.