Dəmir yumruq » Hadisə » Bakıda film kimi QULDURLUQ: Kuryeri bıçaqladı, qızılları qaçırdı – VİDEO
Hadisə / Manşet / 11-02-2026, 09:37

Bakıda film kimi QULDURLUQ: Kuryeri bıçaqladı, qızılları qaçırdı – VİDEO

 

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Demiryumruq.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarını kuryer qismində ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin “VAZ 2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb.

Qeyd edilib ki, İ.Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu oğurladığı məlum olub.

 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.