Dəmir yumruq » Hadisə » Nazir polkovniki rəis təyin etdi
Hadisə / Manşet / Bugün, 16:20

Nazir polkovniki rəis təyin etdi

 

Polis polkovniki Rüfət Allazov Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.
 
Demiryumruq.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.
 
Qeyd edək ki, Rüfət Vaqif oğlu Allazov 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.
 
2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər ərzində DİN-in Katibliyinin rəis müavini və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifələrində işləyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.