Dəmir yumruq » Hadisə » Abşeronda evdən iki meyit tapıldı
Hadisə / Bugün, 09:04

Abşeronda evdən iki meyit tapıldı

 

Abşeronda evdən iki meyit tapılıb. 
 
Demiryumruq.az xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində qeydə alınıb. 
 
Şəhər sakini, 1968-ci il təvəllüdlü Nurəli Məhiyəddin oğlu Eyvazovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.
 
Digər hadisə isə Abşeron rayonu Hökməli qəsəbəsində qeydə alınıb. 
 
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Azad Adil oğlu Əliyev yaşadığı evdə ölü tapılıb.
 
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.