Dəmir yumruq » Hadisə » "Qurtuluş"un rəhbəri həbs edildi
Hadisə / Dün, 17:48

"Qurtuluş"un rəhbəri həbs edildi

 

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
 
Demiryumruq.az xəbər verir ki, təqdimatda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilir. Təqdimata bu gün baxılacağı və qərar qəbul olunacağı gözlənilir.
 
Xatırladaq ki, "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Məzahir oğlu Salmanov, daha iki əməkdaşı - Elşad Məhərrəm oğlu Məhərrəmov və Natiq Eldəniz oğlu Əliyev saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.
 
***
 
Sumqayıt şəhər Məhkəməsində prokurorluğun təqdumatı əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.