Dəmir yumruq » Hadisə » “Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var- VİDEO
Hadisə / Dün, 10:12

“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var- VİDEO

 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Demiryumruq.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar.

Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.