Dəmir yumruq » Hadisə » PA-nın sektor müdiri AMB-də baş direktor oldu
Hadisə / Bugün, 16:45

PA-nın sektor müdiri AMB-də baş direktor oldu

 

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.
 
Demiryumruq.az AMB-yə istinadən xəbər verir, Tural Feyzullayev AMB-yə baş direktor təyin edilib.
 
Qeyd edək ki, T.Feyzullayev 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində çalışıb. 2026-cı ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyinat alıb.
 
Xatırladaq ki, baş direktorun müavinlərindən biri olan Rəna Məlikova sədrin müşaviri vəzifəsinə təyin edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.