Dəmir yumruq » Hadisə » Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Hadisə / Bugün, 11:03

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkədən çıxarıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyinin məlumatına görə, Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tayland, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları Gürcüstandan çıxarılıb.
Göstərilən şəxslərin respublikaya girişi qadağan edilib.
Qeyd edək ki, son zamanlar Gürcüstan parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.