Dəmir yumruq » Hadisə » Xırdalanda mağazadan 7 minlik OĞURLUQ
Hadisə / Bugün, 08:27

Xırdalanda mağazadan 7 minlik OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.
 
DİN mətbuat xidmətindən Demiryumruq.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.
 
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıblar.
 
Faktlar üzrə araşdırmalar aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.