Dəmir yumruq » Hadisə » Tovuzda vəzifəli şəxsə iş yerində xəsarət yetirdilər
Hadisə / Bugün, 14:05

Tovuzda vəzifəli şəxsə iş yerində xəsarət yetirdilər

 

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.

Demiryumruq.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.

Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.