Dəmir yumruq » Hadisə » "KamAZ"ın ehtiyat hissələrini oğurlayan usta saxlanıldı
Hadisə / Dün, 09:42

"KamAZ"ın ehtiyat hissələrini oğurlayan usta saxlanıldı

 

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus "KamAZ" markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.