Dəmir yumruq » Hadisə » Gömrükdə əməliyyat keçirilib: "kərəviz və kahı" yükü adı altında narkotik
Hadisə / Bugün, 07:58

Gömrükdə əməliyyat keçirilib: "kərəviz və kahı" yükü adı altında narkotik

 

Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Demiryumruq.az- a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.

Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.