Dəmir yumruq » Hadisə » Cinayətdə şübhəli bilinən 19 nəfər tutuldu
Hadisə / 26-12-2025, 07:38

Cinayətdə şübhəli bilinən 19 nəfər tutuldu

 

Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən Demiryumruq.az-a verilən məlumata görə, xtarışda olduğuna görə ümumilikdə 215, o cümlədən borclu şəxs qismində axtarışda olan 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.