Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.
Demiryumruq.az xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.